DÇ-2022: Fransa Danimarkanı məğlub edərək qrupdan çıxıb

22:14 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun digər oyununda Fransa və Danimarka komandaları qarşılaşıblar.

Hafta.az xəbər verir ki, görüş Fransa yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fransanın qollarını 61-ci və 86-cı dəqiqələrdə Kilian Mbappe vurub. Danimarka millisində isə 68-ci dəqiqədə Andreas Kristensen fərqlənib.

Bununla da ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci yerdə qərarlaşıb və qrupdan çıxmağı təmin edib, Avstraliya isə 3 xalla ikinci yerdədir. Danimarka və Tunis komandaları isə hərəyə 1 xalla 3-cü və 4-cü yerləri bölüşürlər.

Oxunma sayı 2999