Dövlət qurumlarının 27 sentyabr HAZIRLIĞI

12:31 23.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

27 sentyabr Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir neçə tədbir planlaşdırılıb.

Bu barədə hafta.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, həmin gün qurum rəhbərliyi və əməkdaşları şəhidlərin xatirəsini yad etmək üçün ilk növbədə Şəhidlər Xiyabanı ziyarət edəcək.

Daha sonra naziliyin rəhbərliyi Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirəcək. Bundan başqa, sentyabrın 27-də nazirliyin Vətən Müharibəsində övladları şəhid olmuş əməkdaşları ziyarət ediləcək.

Anım günündə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verilib-verilməyəcəyinə gəlincə,  qurum rəsmisi  belə bir tədbirin nəzərdə tutulmadığını bildirib.

27 Sentyabr – Milli Anım Günü ilə bağlı Bakı şəhərində Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələri nəzərə alınmaqla bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulub. Bu fikirləri hafta.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbədə sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətində görkəmli tarixçi alımlərinin, siyasətçilərin, iqtisadçıların, “Yaşat” Fondunin rəhbərliyi, Vətən Müharıbəsi iştirakçıları və qazilərinın iştirakı ilə İkinci Qarabağ müharibəsinidə qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən  “Vətən Müharibəsi-2020 – tarixdə şəxsiyyət faktorunun rolu” kitabın çapına hazırlıq işləri ilə bağlı dəyirmi masa keçirilib. Hazırda kitabla bağlı mövzular işlənilir.

Bundan əlavə, mövcud karantin qaydaları gözlənilməklə 3000 ədəd yeni ağacın əkilməsi və rayonlarda lokal tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

Oxunma sayı 59
Gündəm rubrikasından digər xəbərlər