DSX həqiqi hərbi xidmətə qəbul elan edib - VİDEO

11:07 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Xidmətin Mətbuat Mərkəzindən hafta.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Oxunma sayı 119