Dünyada nə qədər nüvə başlığı var?

11:38 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Günümüzdə dünyanı təhlükəyə sürükləyən müharibələr davam etdikcə, Rusiya kimi bəzi ölkələrin nə vaxtsa nüvə silahından istifadə edə biləcəyi qorxusu hamını narahat etməkdədir.

Hafta.az-ın hazırda nüvə cəbbəxanasına sahib olan bəzi ölkələr haqda məlumat vermək istərdik.

Qeyd edək ki, ölkələrin nüvə potensialına dair siyahı hazırlayarkən Amerika Alimləri Federasiyası ötən ilki hesabatına istinad olunub.

Dünyada ən böyük nüvə potensialına malik ölkə Rusiyadır. Hazırda Rusiyanın əlində 5889 nüvə bombası və ya raket başlığı var. Təbii ki, ikincilik ABŞ-a məxsusdur. Pentaqonun ixtiyarında 5244 nüvə başlığı və ya bombası mövcuddur. İlk üçlüyü Çin tamamlayır. Çinin arsenalında 410 nevə silahı var.  

Siyahıya əsasən Fransanın 290, Böyük Britaniyanın 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90 nüvə bombası və ya reket başlığı mövcuddur.

Mövcud siyahıya görə son nüvə dövləti olan Şimali Koreyanın cəbbəxanasında cəmi 30 nüvə silahı mövcuddur.

Oxunma sayı 247