Dünyada neft bahalaşdı 

11:25 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında neft qiymətləri yüksəlib.

 

Hafta.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 3,8% və ya 4,1 dollar artaraq 1 barelə görə 111.55 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,1% və ya 4,4 dollar artaraq 110.49 dollara çatıb.

Oxunma sayı 49