Dünyanın ən bahalı futbolçuları - “TOP-10“

11:35 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"KPMG Football Benchmark" hazırda ən çox transfer dəyərinə malik olan futbolçuların siyahısını hazırlayıb. 

Hafta.az xəbər verir ki, sıralamada 10 oyunçu yer alıb. İlk pillədə "Borussiya"dan (Dortmund) Erling Haalanddır. PSJ-dən Kilian Mbappe 2-ci, "Tottenhem"dən Harri Keyn isə 3-cüdür. 

Maraqlıdır ki, cədvəldə Kriştiano Ronaldo ("Mançester Yunayted") və Lionel Messi (PSJ) yer almayıb. 

1. Erling Haaland - 144.2 milyon avro ("Borussiya", Dortmund) 

2. Kilian Mbappe - 139.5 milyon avro (PSJ)

3. Harri Keyn - 121.1 ("Tottenhem")

4. Bruno Fernandeş - 118.9 milyon avro ("Mançester United")

5. Romelu Lukaku - 115.6 milyon avro ("Çelsi")

6. Neymar - 115.5 milyon avro (PSJ)

7. Frenki de Yonq - 114.3 milyon avro ("Barselona")

8. Kevin de Brüyne - 112.5 milyon avro ("Mançster Siti")

9. Markus Reşford  - 110.9 milyon avro ("Mançester Yunayted")

10. Ceydon Sanço - 110.5 milyon avro ("Mançester Yunayted")

Oxunma sayı 29