Dünyanın ən varlı 5 qadını

10:38 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zəngin qadını kimdir, bu haqda məlumatımız varmı? Celebrity Net Worth təşkilatı 2023-cü ilin son məlumatlarına əsaslanaraq ən varlı xanımların siyahısını dərc edib.

Hafta.az-ın adıçəkilən təşkilatın nəticələrinə istinadən yazdığına görə, “Meyers Loreal”ın sahibi Fransuaza Bettenkurt Meyers 91 milyard dollarlıq sərvətilə dünya qadınlarının ən varlısıdır.

Siyahıya əsasən ikinci pillədə “Walmart”ın rəhbəri Alisa Valton qərarlaşıb. Onun sərvəti 68 milyard dollardır. Siyahıda ilk üçlüyü Koch Industries Inc-in başçısı Culia Koç tamamlayır. Xanım Koçun sərvəti 57 milyard dollar həcmində dəyərləndirilir.

Dördün yerdə “Amazon” şirkətinin xanım ortağı MacKenzie Skott dayanır. Cef Bezosun rəhbəri olduğu “Amazon”da dörd faiz hissəyə malik Skottun sərvəti 38 milyard dollardır.

Siyahıda ilk beşliyi “Mars” şirkətinin 84 yaşlı sahibəsi Jaklin Mars tamamlayır: Onun varidatı 37 milyard dollardır.

Oxunma sayı 200