Əfqanıstan Rusiyadan ən çox un alan ölkə oldu

09:44 21.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hazırda Rusiyanın un ixracında Əfqanıstan ən böyük paya malikdir. 2024-cü ildə Rusiyanın ümumi 300 milyon dollarlıq un ixracının 27 faizi Əfqanıstana edilib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstana göndərilən unun ümumi dəyəri əvvəlki illə müqayisədə iki dəfə artaraq 80 milyon dollara çatıb. Əvvəllər Rusiya ununun ən böyük idxalçısı Gürcüstan olub.

Rusiyanın un ixracı ötən il 3 faiz artaraq 1,175 milyon tona çatıb.

Rusiya istehsal etdiyi unun təxminən 10 faizini ixrac edir. 2024-cü ildə ölkədə ümumilikdə 11,2 milyon ton un istehsal edilib. Bunun 9,21 milyon tonu buğda və buğda-çovdar unu olduğu halda, qalan hissəsi qarğıdalı, düyü və qarabaşaq unu olub.

Ekspertlər Rusiyanın un ixracının 2030-cu ilə qədər 1,7 milyon tona və 440 milyon dollara qədər arta biləcəyini proqnozlaşdırırlar. Ancaq Çin və bəzi ölkələrin un idxalını azaltması səbəbindən dəmir yolu nəqliyyatında yaşanan problemlər səbəbindən ixracda azalma ola biləcəyi bildirilir.

Digər tərəfdən Əfqanıstana ixracın artması bu ölkə ilə güclü ticarət yollarının qurulmasından asılıdır.

Bundan əlavə, dünyada taxıl tədarükünün azalması səbəbindən unun qiymətində kəskin artımlar baş verib. 2024-cü ildə daxili bazarda unun qiyməti cəmi 3 faiz artdığı halda, ixrac qiymətləri 24 faiz yüksəlib. Daxili bazarda buğda unu 25 faiz, çovdar unu isə 35 faiz bahalaşıb.

Ekspertlər vurğulayırlar ki, Rusiyanın un ixracatındakı artım davam edə bilər, lakin qiymət dalğalanmaları uzunmüddətli perspektivdə sektora təsir edəcək.