Eldar Həsənovun əmlakı da müsadirə olundu

15:48 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

 

Hafta.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənova 10 il həbs cəzası verilib.

 

Hökmə əsasən, həmçinin təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

 

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

 

Nəsimi rayonunda yerləşən mənzil;

 

Nərimanov rayonunda yerləşən mağaza; Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

 

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

 

Monteneqroda yerləşən mənzil.

 

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın mülki iddia və digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsi təmin edildi.

 

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Oxunma sayı 93