Yazını böyüt
Yazını kiçilt
Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.
Nazirlər Kabinetindən hafta.az-a verilən xəbərə görə, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.
Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.