“Əmin edirik ki, Əfqanıstandan heç bir ölkəyə zərər gəlməyəcək” – Zəbihullah Mücahid

11:32 06.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Əfqanıstanla Tacikistan arasında sərhədlərin təhlükəsizliyi və mühafizəsi məsələləri hökumətlərarası və beynəlxalq müqavilələr əsasında həll edilir”.

Hafta.az-ın “Tolonews”a istinadən yazdığına görə, bu barədə Taliban hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirib.

"İki ölkə arasında təhlükəsizlik və sərhəd məsələləri hökumətlərarası sazişlərə uyğun olaraq həll olunur. Əfqanıstan qarşı tərəfdən sərhədçilərlə yaxşı münasibət saxlayır, müəyyən sahələrdə qaçaqmalçılığın qarşısının alınmasında əməkdaşlıq olub və bu, indi də davam edir", - Mücahid deyib.

Mücahid Tacikistanla münasibətləri müsbət qiymətləndirərək, iki ölkə arasında heç bir problem olmadığını vurğulayıb. Əlavə edib ki, Əfqanıstan hakimiyyəti qonşu ölkələrlə qarşılıqlı etimad yaratmağa çalışır.

“Əmin edirik ki, Əfqanıstan torpağından Tacikistana və ya başqa hansısa ölkəyə heç bir zərər gəlməyəcək”, - o bəyan edib.

Mücahid bundan əvvəl də Tacikistanla münasibətlərin yaxşılaşdırılmasından, eləcə də Əfqanıstandan region ölkələri üçün təhlükənin olmamasından danışmışdı.