ABŞ-da bir qadın dil çevrəsinin uzunluğu ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Hafta.az-ın “People”ə istinadən yazdığına görə, Ginnesin Rekordlar Kitabı tərəfindən çərşənbə axşamı edilən açıqlamada Oreqon ştatında yaşayan Cenni DuVanderin dünyanın ən uzun dilinə malik qadın olduğu bildirilib.
Ştatın ən böyük şəhəri olan Portlenddə yaşayan DuVander, oğlunu yatırarkən 2023-cü ilin Ginnesin Rekordlar Kitabını birlikdə oxuduqlarını və belə bir kateqoriyanın olduğunu ilk dəfə anladıqlarını söyləyib.
DüVander, "Dil çevrəsi uzunluğu deyilən bir kateqoriyanın olduğunu belə bilmirdim. Dərhal evdə özüm dilimi ölçdüm və gördüm ki, ən azı 12 santimetrdir" deyib.
Qadın daha sonra dəqiq ölçü götürmək üçün diş həkiminə getdiyini, burada faktiki uzunluğun 13,25 santimetr olduğunu bildirib.
Ən uzun dil çevrəsi üzrə kişi rekordu Qərbi Virciniyada yaşayan Braydon MakKullougha məxsusdur. O, 2023-cü ilin mayında 16 santimetr uzunluğu ilə rekordu qırıb.
DuVander uzun dil çevrəsinin gündəlik həyatına təsir etmədiyini, hətta bəzən alətdə ifa etməsinə köməyi dəydiyini bildirib. "Mən fleyta çalıram və güclü dil sürətli notlarda çox kömək edir", - deyib qadın.
DüVander onu rekord üçün müraciət ünvanlamağa təşviq edən oğlu Evana da təşəkkür edərək, "O, Ginnesin Rekordlar Kitabını sevir. Rekordumun qırılması mütləq onun insan qabiliyyətlərinə olan sevgisi sayəsində oldu" deyib.