Ərdoğan Rəisinin ölümünə kədərləndiyini BİLDİRİB

11:00 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olmasına kədərləndiyini bildirib.

Hafta.az xəbər verir ki, Ərdaoğan hadisə ilə əlaqədar "İran prezidenti, qardaşım İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi" deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Ərdoğan paylaşımında "İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq bildirmək istəyirəm ki, hadisə ilə bağlı İran rəsmiləri ilə yaxından, tam təmasda və koordinasiyadayıq, lazım olan hər cür dəstəyi verməyə hazırıq”. 

Oxunma sayı 197