Ermənilər gediş haqqının artırılmasına etiraz edərək yenidən magistral yolu kəsdi... - VİDEO

10:38 08.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ərazisindəki İrəvan-Əştərək yolu bağlı qalıb. Proşyan sakinləri bir saatdan artıqdır ki, yolu açmırlar. Polis onları yolu açmağa razı salmağa çalışsa da, heç bir nəticə yoxdur. Əraziyə artıq qırmızı beretlilər də yeridilib.

Hafta.az xəbər verir ki, bu haqda news.am məlumat yayıb.

Yolu kəsən Proşyan sakinlərindən biri polisə müraciət edərək deyib: "Mən təqaüdçüyəm, İrəvana getmək üçün gündə 1000 dram xərcləyib 40 min dramla dolana bilərəmmi? Hamı insandır, amma biri varlanır, hamı müflisləşir. Bu ölkənin vəziyyəti necədir?.. Bax, çörək torbamı açıram, görürsən ki, varlığımı təmin etmək üçün iki yumurta ilə işə gedirəm...”

Qeyd edilir ki, dünən – aprelin 7-də Proşyan kənd sakinləri ilə nəqliyyat və rabitə nazirinin müavininin 2,5 saatlıq görüşü nəticəsində məlum olub ki, hökumət öz qərarını dəyişməyəcək və yalnız oliqarx Qaqik Tsarukyana xidmət edən şirkət daşıma haqqını 50 dram aşağı salaraq 200 dram etməyə hazırdır.

Xatırladılır ki, martın 5-də Kotayk vilayətinin Proşyan və Kasax icmalarının sakinləri bir neçə saat İrəvan-Əştərək yolunu bağlayıblar. Onlar 25 və 59 saylı nəqliyyat xətlərinin azaldılmasına və daha bahalı marşrutun tətbiqinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, yeni marşrut xəttinə “Multi Transport” şirkəti xidmət göstərəcək və gediş haqqı 200-250 dram olacaq, halbuki, əvvəllər 25 və 59 saylı avtobuslardan istifadə edəndə cəmi 150 ​​dram ödəyirdilər.