Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular - Rəsmi

12:00 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

 

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxunma sayı 29
Siyasət rubrikasından digər xəbərlər