Ermənistan NATO təlimlərindən imtina etdi

17:17 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” təlimlərində iştirak etməyəcək.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ermənistanın NATO təlimlərindən imtina etməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki,  “Agile Spirit 2021” təlimi iyulun 26-dan avqustun 6-dək təşkil olunacaq. Təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan hərbçilər iştirak edəcək.

Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

Oxunma sayı 272