44 günlük müharibədən 5 illiyi yaxınlaşsa da, Ermənistanda hələ də basdırılmamış bir neçə hərbçi cəsədi var.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan hökumətin iclasından sonra jurnalistlərə verdiyi brifinqdə bildirib. O əlavə edib ki, bu günlərdə qalıqların bir hissəsi artıq basdırılıb.
“Dəfnlər yalnız valideynlərin və ya qohumların razılığı ilə baş tutub”. Həmin hallarda dəfn mərasimini onlar həyata keçiriblər. "İdentifikasiya aparılıb, lakin yaxınları onun nəticələrini qəbul etmədiyi hallarda isə iş hələ də davam etdirilir", - nazir bildirib.
Avanesyan qeyd edib ki, idarələrarası komitədə də mövzu ilə bağlı müzakirələr davam edir və nəticələrdə müəyyənlik olduqda o, müvafiq məlumat verəcək. O vaxta qədər nazir rəqəmlərin açıqlanmasını arzuolunan hesab etmir.