Ermənistanda ilk PUA təlimi poliqonu açıldı… - VİDEO

16:36 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 18-də Ermənistanda pilotsuz uçuş aparatlarının ilk təlim meydanı yaradılıb.

Hafta.az xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb.

Poliqon Vanadzor şəhəri yaxınlığındakı Lernapat kəndində yerləşir. Meydan maşınların uçuşa hazırlanacağı bir hava zolağı və lazım gələrsə, təmir olunacağı emalatxanadan ibarətdir. Sınaq meydanından yalnız helikopter tipli PUA-ları deyil, iriləri də daxil olmaqla təyyarə tiplilərini də buraxmaq mümkündür.

Bu gün poliqonda həm məktəbyaşlılar, həm də böyüklərin həvəskar və peşəkar komandalarının qatıldığı bir yarışma başlayıb.

Videoya aşağıdakı linkdən baxa bilərsiz:

https://vk.com/video_ext.php?oid=-17452458&id=456248251&hash=25a93b6f6fbc4c57&fbclid=IwAR2gZ3_s1RvF7m73mBXXHJc7Evu2Isjtime3C0VCaeMP5kAnywbgJ-KYtf0

Oxunma sayı 38