Yazını böyüt
Yazını kiçilt
Ermənistanın Şirak mərzinin(vilayət) Axuryan rayonunun başçısı Zaven Manukyan “Facebook” səhifəsində Ermənistan baş nazirinin hökumətin son iclasında verdiyi bəyanata istinad edərək, ona dövlət tərəfindən ayrılmış xidməti avtomobilindən imtina etdiyini bildirən paylaşım edib.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyanın Nazirlər Kabinetinin iclasında verdiyi və rəsmi avtomobillərin sayının azaldılması qərarının bütün icmalarda tətbiq edilməli olduğu deyilən bəyanatdan irəli gələrək, mən Axuryan icmasının Ağsaqqallar Şurasının bugünkü iclasında başqalarına da örnək olmaq üçün bəyan edirəm ki, mənə ayrılan xidməti maşından imtina edirəm, prioritet ictimai maraqdır”, - Manukyan belə yazıb.
Xatırladılır ki, baş nazir Nikol Paşinyan hökumətin son iclasında rəsmi nəqliyyat vasitələrinin sayının azaldılması qərarının qüvvədə qaldığını və bu yolla getməyən icma başçılarının öz icmalarında subsidiya proqramlarına məhdudiyyətlər qoyacağını bəyan edib.