Ermənistanda Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin taborunun komandiri Haykaz Comərdyan İrəvanda qəzaya düşüb.
Hafta.az xəbər verir ki, Shamshyan.com-un məlumatına görə, aprelin 11-də saat 19:50 radələrində Hr. Açaryan və Kotayk rayonunun Arınc kəndinin M. Maştots küçələrinin kəsişməsində Şirak vilayətinin sakini, 33 yaşlı Merujan Arakelyanın idarə etdiyi “Mercedes”, Qeqarkunik vilayətinin sakini, 39 yaşlı Haykaz Comardyanın idarə etdiyi “Toyota” və Tavuş vilayətinin sakini, 28 yaşlı Armen Baldryanın idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Hər iki avtomobilin sürücüləri yaralanıb. Xüsusi təyinatlıların komandirinin nə dərəcədə xəsarət alması haqda məlumat verilmir.
Faktla bağlı istintaq şöbəsində cinayət işi başlanıb.