Finlandiya Danimarkaya qalib gəlib - AVRO-2020

23:45 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AVRO-2020-də qrup mərhələsinin I turunun daha bir oyunu başa çatıb.

Hafta.az-ın məlumatına görə, B qrupunun ilk matçında Danimarka Finlandiya ilə üz-üzə gəlib.

Çempionatın debütantı olan Finlandiya Joel Pohyanpalonun qolu ilə hesabda önə keçib. Danimarkalılar penalti şansı qazansa da, hesabda tarazlıq yarada bilməyiblər. Üstünlüyünü qoruyan finlandiyalılar AVRO-2020-nin ilk sensasiyasına imza atıb.

Qeyd edək ki, B qrupunda I turun digər görüşündə Belçika və Rusiya qarşılaşır.

AVRO-2020
12 iyun - I tur, B qrupu
Danimarka – Finlandiya - 0:1
Qol:
 Joel Pohyanpalo, 59
74-cü dəqiqədə Pyer Emil Hoybyerq penaltidən yararlana bilməyib.
Baş hakim: Antoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu

Oxunma sayı 202
İdman rubrikasından digər xəbərlər