"Rusiya təkcə Ukraynaya qarşı müharibəyə başlamayıb. Bu müharibə Avropaya da aiddir".
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb dünya liderlərinin iştirakı ilə keçirilən “Ukraynaya dəstək” sammiti zamanı deyib.
"Finlandiyada həqiqətən də sizin nələr keçirdiyinizi başa düşürlər. Bizim Rusiya ilə 1340 kilometr sərhədimiz var. 1945-ci ilin fevralında Rusiya bizə təxribatsız hücum etdi. Biz iki ekzistensial müharibə apardıq. Birincisi 105 gün davam etdi, biz sağ çıxdıq. İkinci müharibə 1100 gün davam etdi. Siz də indi bunun içindən keçirsiniz. Mənim üçün bu müharibə ukraynalıların ölüm-dirim davasıdır. Putindən qəbul etməli olduğumuz sülh müstəqilliyə əsaslanmalıdır”, - deyə o, kövrələrək bildirib.
Onun sözlərinə görə, Rusiya qonşuları ilə münasibətlərin pozulmasına səbəb olmasına baxmayaraq, öz hərəkətlərini zinətləndirməyə meyllidir.
"Bu müharibəni Rusiya özü başladı. Lakin o, hələ 2008-ci ildə Gürcüstana hücum edəndə əraziləri ələ keçirməyə başladı. Şübhə edənlər üçün demək istəyirəm: Putinə etibar etmək olmaz. Onunla heç bir razılaşma əldə edə bilməzsən. Çünki bu, o deməkdir ki, Çinlə razılaşıb. Onu da demək istəyirəm ki, biz əvvəldən etdiyimiz kimi dəstəyimizi davam etdirəcəyik”, - deyə prezident xatırladıb.