Fransalı POLİTOLOQLAR: “Hökumət gənclərin iş problemini həll edə bilmir”

19:35 24.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada etirazçılara qarşı tətbiq edilən zorakılıq halları ilə yanaşı kütləvi həbslər də davam etməkdədir. Rəsmi Paris isə borclanmış dövlətin açıqlarını örtmək üçün vətəndaşların social rifahına əl gəzdirmək fikrindədir. Onlardan biri də pensiyaya çıxma həddinin 64 yaşa qaldırılmasıdır.

Makron hakimiyyətini məhvərindən silkələyən də həmin səbəbdən doğan etiraz mitinqləridir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan fransalı siyasətçi və politoloqlar da təsdiqləyir ki, hazırda Fransa rəhbərliyi təcili seçim etməlidir. Xalqın tələblərinin qarşılanmaması isə Makron hakimiyyətinin sonu ola bilər.

Fransa Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru Erik Gozlan Bizim.Media-ya müsahibəsində qeyd edib ki, Fransa uzun illər erkən pensiya yaşına görə, Avropada ön sıralarda olub:

“Bu gün Fransada pensiya yaşı müzakirə olunur və hələ heç bir qərar verilməyib. Fransa insanların ən erkən pensiyaya çıxdığı və sistemin qeyri-bərabər olduğu Avropa ölkələrindən idi. Pensiya üçün dövlət sektorunda işləmiş şəxsin son maaşının 90%-nə bərabər pensiyası sistemi mövcud idi. Əgər siz özəl sektorda işləyirsinizsə, sizin pensiyanız 25 illik orta iş stajınızın 70%-nə hesablanırdı ki, bu da dövlət sektorundan çox az idi. Polis birlikləri və məmurlar üçün də eyni status mövcud idi”.

Bu dəfə isə qəbul ediləcək qərarla hökumətin sözügedən qanun layihələrində əhalinin əksinə qərarlar qəbul etməsi gözlənilir. 

Fransalı politoloq Maksim Gauin hesab edir ki, islahatlar zəruridir, lakin gənclərin işsizlik problem bu problemlərin başında gəlir:

“Hökumətin edə biləcəyi ən yaxşı şey, 18-20 yaşında olan gənclər üçün iş problemini həll etməkdir. Ciddi fiziki məhdudiyyətli şəxslər üçün isə xüsusi şəraitin yaxşılaşdırılması davam etdirilməlidir. Digər isalahatlar isə labüddür. İndi yaranmış etirazlar isə 2017 və 2022-ci illərdə uduzmuş müxalifət üçün əla fürsət yaradıb.
Onlar bundan faydalanmaq istəyirlər. Lakin qeyd etməliyik ki, Həmkarlar ittifaqlarının rəhbərliyi bu mitinqlərdə çox az təmsil olunur. Onların təşkilatlarına aid işçilərin payı 8%-dən azdır”, - deyə M.Gauin əlavə edib.

Bütün hallarda Makronun hakimiyyəti dövründə Fransa özünün ən çərtin günlərini yaşayır.

Demokratiya adı altında öz xalqına qarşı Makronun sərgilədiyi bir çox addımlar artıq fiaskoya uğrayıb. Fransa xalqı yaxın vaxtlarda indiki rejimdən yaxa qurtarmağa hazırlaşır.

Oxunma sayı 123