Gədəbəydə sənədsiz evlər söküldü - VİDEO

09:55 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

 

Bu barədə hafta.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 

 
Oxunma sayı 63