Göldə batan hərbçinin axtarışlarına başlanılıb 

09:37 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə batan hərbçinin axtarışlarına başlayıb.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu göldə çimərkən boğularaq həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxunma sayı 278