Gürcüstanda virusdan ölənlərin sayı 5 mini ötdü

12:40 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 522 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 353 965, ölənlərin sayı isə 5 048 nəfərə çatıb. Virusa yoluxanlardan 339 392 nəfərin sağaldığı bildirilir.

Oxunma sayı 232