Hava limanında 70 min avro keçirmək istədi

09:25 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belarus vətəndaşı Moskvanın Vnukovo hava limanında bəyan etmədən ölkədən 70 min avro nağd pul çıxarmaq istəyərkən yaxalanıb.

Hafta.az-ın yazdığına görə, Moskvadan Türkiyəyə uçmaq üçün hava limanında olan 25 yaşlı Belarus vətəndaşından üzərində nə qədər nağd pul olduğu soruşulub. O, “50 min avro” cavabını verəndə axtarış aparılıb. Sərnişinin bel çantasında 70 min avro olduğu müəyyən edilib.

Üzərindəki pulu bəyan etməyən şəxsə qarşı “qaçaqmalçılıq” ittihamı ilə iddia qaldırıla biləcəyi bildirilir.

İş “külli miqyaslı qaçaqmalçılıq” əhatəsinə daxil olduğundan, aşkar edilən məbləğin 15 misli qədər cərimə və hətta 4 ilə qədər həbs cəzası da mümkündür.

Oxunma sayı 180