Helikopter qəzasında yaralananların son vəziyyəti - VİDEO

17:51 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Xızıda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

 

Hafta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini İlham Mehdiyev yaralıların vəziyyəti ilə son durumu açıqlayıb: “Qəza zamanı yaralanan iki nəfər ayaqüstədirlər. Onlar Dövlət Sərhəd Xidmətinin Hospitalındadır”.

 

Qeyd edək ki, helikopterin qəzaya uğruması nəticəsində polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarət alıblar. Daha 14 nəfər isə həlak olub.

 

Oxunma sayı 136