HƏMAS girovların meyitlərini İsrailə təhvil verəcəyini təsdiqləyib

22:43 19.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların meyitlərini İsrail tərəfinə təhvil verəcək.

Hafta.az xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə yayıb.

Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində ölüb.