Hərbçimiz qəzada həlak oldu 

14:33 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda hərbi qulluqçu yol qəzasında ölüb.

Hafta.az xəbər verir ki, baş gizir Zahid Səlimov Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib.

Yol-nəqliyyat hadisəsi mayın 12-sində baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin ərazidə C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

 

 
 
Oxunma sayı 40