İnternetin qiyməti ilə bağlı AÇIQLAMA

18:16 15.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Fərdi istifadəçilərə gələndə mən hesab etmirəm ki, Azərbaycanda internet xidmətlərinin qiymətləri bahadır.

Bu fikirləri hafta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, burada əsas söhbət sürət və keyfiyyətdən gedir:

"Məsələn, tutaq ki, müştəri və provayder arasında bağlanan müqavilədə göstərilir ki, müştəri 10 meqabit sürətində internetlə təmin olunacaq. Amma çox vaxtı heç 2 meqabitə də çatmır. Əsas problem də budur. Korporativ müştərilərə göstərilən internet xidmətlərinin isə digər ölkələrlə müqayisədə baha olması hiss olunur".

Oxunma sayı 84