“İqlim dəyişikliyinə qarşı birləşməyin vaxtıdır” - Nazir

09:15 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Biz COP28 İqlim konfransı zamanı ekoloji problemlərə effektiv və mümkün həllər tapacağımıza ümid edirik. İndiyə qədər Mavi Zonada qeydiyyatdan keçmiş 97 mindən çox nümayəndəmiz və Yaşıl Zonada 400 mindən çox ziyarətçimiz var. İqlim konfransı Əmirliklərdə indiyədək keçiriənlərin ən əhatəlisi olacaq. Biz BƏƏ İqlim Konfransının təşkilində iştirak edən bütün komandalara göstərdikləri səylərə görə təşəkkür etmək istəyirik".

Hafta.az-ın yazdığına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Sənaye və Qabaqcıl Texnologiyalar naziri və COP28 Tərəflər Konfransının sədri Dr. Sultan Əhməd əl-Cabir jurnalistlərə deyib.

Builki iqlim konfransının uğur faktorlarının BƏƏ-də mövcud olduğuna diqqət çəkən Dr. Sultan Əhməd əl-Cabir ölkəsinin qabaqcıl və yüksək səviyyəli infrastruktur və texnologiyaya malik olduğunu, tək gəlir mənbəyindən asılılıqdan çoxlu və müxtəlif mənbələrə keçdiyini söyləyib.

"İqlim çağırışları ilə bağlı iddialar və fəaliyyətlər arasında böyük uçurum var və biz bu boşluğu daraltmalıyıq. Böyük iqlim hədəfləri təyin etməzdən əvvəl onlara nail olmağın düzgün yolunu bilməliyik. Biz bu işi davam etdiririk", - o deyib.

COP28 Tərəflər Konfransının prezidenti bildirib ki, ilk dəfə olaraq çox sayda qaz şirkəti 2050-ci ilə qədər sıfır neytrallığa nail olmaq barədə razılığa gəliblər.

“Bu qədər çox qaz şirkətinin 2050-ci ilə qədər sıfır neytrallığa nail olmaq öhdəliyi heç vaxt həyata keçirilməyib. İqlim konfransında nələri çatdıra biləcəyimizlə bağlı həyəcanlı və nikbinik. İnanırıq ki, iqlim dəyişikliyinə qarşı birləşməyin vaxtıdır”, - Dr. Sultan Əhməd əl-Cabir sözünü yekunlaşdırıb.