İran səfirindən təklif: ticarəti öz milli pulumuzla edək

15:35 23.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyə ilə ticarəti öz milli valyutalarımız əsasında apara bilərik".

Hafta.az-ın "Sözçü"yə istinadən yazdığına görə, bu sözləri İranın Türkiyədəki səfiri Məhəmməd Farazmand deyib. O bildirib ki, ticarəti artırmaq üçün hətta İrandan Türkiyəyə ikinci qaz kəməri də çəkilə bilər.

İranlı diplomat ölkəsi üzərindən qaçaqmalçılıqığın və narkoticarətin aparılmasına dair suala cavab olaraq deyib ki, bu yanlış məlumatdır. Əgər doğrudursa, niyə Türkiyə hökumətindən hər hansı şikayət eşitməyiblər. "Hər gün 700 civarında yük maşını ölkəmizə girib-çıxır. Ola bilər ki, bu qədər maşının arasında gözdən qaçanlar olsun. Türkiyədə olduğu kimi, İranda da sərhədləri qaçaq keçənlərə qarşı ciddi tədbirlər görülür" deyən səfir Farazmand bildirib ki, Türkiyə və İran, öz milli valyutalarından istifadə edərək, xarici valyutaya ehtiyac duymadan ikili sistemlər çərçivəsində ticarət qura bilərlər. Onun sözlərinə görə, İran və Türkiyə bir-birilərinin iqtisadi ehtiyaclarını tamamlamaq iqtidarındadır. O, iki ölkə arasında illik ticarətin 30 milyard dollar həddinə yüksəltmək hədəflərinin olduğunu da vurğulayıb. 

"Bu hədəf realdır və artıq bu həddə çatmaqdayıq. Təxminən 10 il öncə iki ölkə arasında ticarətin həcmi 20 milyard dollara yüksəlmişdi. Amma son 5-6 ildə bu rəqəm 10-11 milyard dollar səviyyəsinə enib. Azalmanın bir səbəbi də pandemiyadan yararlanır", - deyən səfir əlavə edib ki, bu gün dünyada təbii qaz və enerji sahəsində çatışmazlıq olsa da, İrandan Türkiyəyə qaz satışında heç bir problem yoxdur. O, hazırda Türkiyəyə uzanan qaz kəmərinin tam gücündə çalışdığını vurğulayıb. 

İranla Türkiyə arasında ikinci qaz kəmərinin çəkilə biləcəyinə toxunan diplomat deyib ki, yeni xətt Türkiyənin İranla həmsərhəd bölgələrinin - Van və Ərzurumun təbii qaza ehtiyacını ödəyə bilər. "Bu barədə Türkiyənin bəzi şirkətləri tərəfindən Tehrana qeyri-rəsmi təklif verilib və biz bunu məmnuniyyətlə qarşılamışıq. Ancaq hələlik ortada rəsmi müraciət yoxdur" deyən  Farazman, Türkiyənin Daxili işlər naziri Süleyman Soylunun son İran ziyarəti və iranlı səlahiyyətlilərlə apardığı danışıqlara da toxunub. Deyib ki, iki dost ölkə arasında münasibətlər o qədər yaxşıdır ki, hətta bütün məsələlər ən üst səviyyədə danışılıb yoluna qoyula bilir. Buna misal çəkən diplomat qeyd edib ki, məsələn, sərhədlərin təhlükəsizlik problemləri, heç bir maneə olmadan sərhədlərin keçilməsi, narkotik və insan qaçaqmalçılığı ilə, terrorçuluğa qarşı mübarizə məsələləri çox anlayışla həllini tapır. Səfir deyib ki, hazırda tərəflər arasında ekoloji məsələlər və tranzit çaylarla bağlı, eləcə də sərhəd qoşunları və polis təşkilatları arasında danışıqlar getməkdədir. 

Oxunma sayı 905
Siyasət rubrikasından digər xəbərlər