İtkin düşən 21 yaşlı qız ər evindən TAPILDI

14:10 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyən edilib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.

 

A.Qiyaslının sözlərinə görə, qız Polis Şöbəsinə dəvət edilib: “Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

 

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə məlumat yayılmışdı.

Oxunma sayı 218