Jirinovskinin həddini keçməsi artıq özfəaliyyətdir - Politoloq

15:23 05.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 İstisna etmirəm ki, ümumi danışmaq üçün Jirinovskiyə imkan verilib, amma onun həddini keçməsi artıq özfəaliyyətdir. Biz anlamalıyıq ki, bu hadisə Azərbaycan və Rusiya prezidentlərinin görüşündən az sonra baş verib.  

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşündə iki vacib siqnalı yada salmalıyıq:

"Putin tərəfindən Azərbaycan Prezidentinə Ermənistan və Qarabağla bağlı məsələlərin həllində kompromislərə yer verdiyinə görə minnətdarlıq ifadə olundu. İkincisi, İlham Əliyevin də açıqlamasında iki dövlət  arasında münasibətlərin çox yüksək səviyyədə olması və bir-birinə etimad haqda fikri öz əksini tapdı.  İstisna  etmirəm ki, hansısa ermənipərəst dairələrin bu məsələlər xoşlarına getmədiyindən  və bura hansısa neqativ elementləri qatmaq üçün  Jirinovskiyə Azərbaycana qarşı sifariş olunub. Yenə də deyirəm: hesab edirəm, o, sifariş formasında da həddini keçib. Azərbaycan dövləti və onun rəhbərliyi haqqında siyasətçiyə heç uyğun olmayan fikirlər səsləndirib. Deyəsən, səhvini anlayıb və sonradan başqa açıqlama verib ki, guya onu yanlış başa düşüblər və s. Ona görə  də öz mövqeyimi açıqladım ki, Jirinovski kimilərə çox da önəm vermək və vaxt ayırmaq gərək deyil.  Bu, onun xüsusiyyətidir. Sifarişləri də yerinə yetirir, o cümlədən bəlkə də Kremlinkiləri də..."

Oxunma sayı 678