Kaliforniyada neft emalı zavodunda partlayış

11:02 02.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.

Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.

Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.