“Kaspersky” bu il hər gün 411 min zərərli fayl aşkarlanıb

09:15 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Kaspersky” sistemləri bu il gündə təqribən 125 milyon fayl yoxlayıb ki, bunun da təxminən 411 mini zərərli olub. Bu, ötən illə müqayisədə kibertəhlükələrin 2023-cü il ərzində 3 faiz artacağını göstərir.

Hafta.az-ın yazdığına görə, mütəxəssislər Microsoft Office sənəd növləri və ya PDF faylları kimi zərərli sənədlərlə edilən hücumların sayında 53 faiz artım qeyd ediblər. Hücumçular aşkar edilmədən sistemlərə sızmaq üçün “arxa qapılardan” istifadə etmək kimi daha riskli addımlar atıblar.

“Windows” cihazları kiberhücumların əsas hədəfinə çevrilib. Belə ki, “Kaspersky” sistemləri tərəfindən gündəlik olaraq aşkarlanan bütün zərərli proqram məlumatlarının 88 faizi “Windows” cihazlarında yerləşir. Müxtəlif formatlarda müxtəlif skriptlər və sənədlər vasitəsilə yayılan zərərli proqramlar hər gün aşkarlanan bütün zərərli faylların 10 faizini təşkil edərək ilin ilk üç kibertəhlükəsinə daxil olub.

“Troya atı” proqramı hələ də ən çox yayılmış zərərli proqram növündə birinci yerdədir. 2023-cü ildə 2022-ci ildə gündəlik aşkar edilən 15 min fayldan 2023-cü ildə 40 min fayla qədər “arxa qapılar” istifadəsində artım müşahidə edilib. Bu məlumatlar “arxa qapı” cəhdlərinin ən təhlükəlisinin “Troya atı” proqramı olduğunu ortaya qoyub. Proqram məxfi məlumatların toplanması və qurbanın kompüter fəaliyyətini qeyd etməklə yanaşı, həm də hücumçulara faylların göndərilməsi, qəbulu, icrası və silinməsi kimi tapşırıqları yerinə yetirmək üçün qurbanın sistemini uzaqdan idarə etmək imkanı verir.

“Kaspersky” mütəxəssisləri fərdi istifadəçilərə etibarsız mənbələrdən proqramları yükləməməyi və quraşdırmamağı, naməlum mənbələrdən olan linklərə və ya internetdə şübhəli reklamlara klikləməməyi tövsiyə edir.

Bundan əlavə, “Kaspersky” kiçik və böyük ingilis hərfləri, rəqəmlər və durğu işarələrinin qarışığından ibarət güclü, unikal parollar yazmağı və iki faktorlu autentifikasiyaya imkan yaratmağı tövsiyə edir.

Tövsiyələr aşağıdakılardır:

- Həmişə yeniləmələri quraşdırın, çünki bəzilərində müəyyən təhlükəsizlik problemləri üçün mühüm düzəlişlər ola bilər;

- Ofis təhlükəsizlik sistemlərini və ya kibertəhlükəsizlik proqramını söndürməyinizi xahiş edən mesajlara məhəl qoymayın;

- "Kaspersky Premium" kimi sisteminiz və cihaz tipinizə uyğun güclü təhlükəsizlik həllindən istifadə edin.

“Kaspersky” mütəxəssisləri belə hesab edirlər ki, təcavüzkarların təhlükəsizlik boşluqlarından yararlanaraq şəbəkənizə sızmasının qarşısını almaq üçün şirkətlərin istifadə etdiyi bütün cihazların vaxtaşırı olaraq ən son proqram yeniləmələri ilə quraşdırılmasını təmin etmək lazımdır. Mütəxəssislərin fikrincə, şirkət xidmətlərinə daxil olmaq üçün güclü parollardan istifadə siyasətinin qurulması və xidmətlərə uzaqdan daxil olmaq üçün çoxfaktorlu autentifikasiyadan istifadə edilməsi də böyük əhəmiyyət daşıyır.

Oxunma sayı 42