Rusiyanın keçmiş maliyyə naziri, iqtisadçı Mixail Zadorov RBC-yə yazdığı məqalədə sülhün Rusiya və Ukrayna üçün iqtisadi-sosial təsirlərini qiymətləndirib. Sülh danışıqlarının sürət qazandığını vurğulayan Zadorov bildirir ki, hər iki tərəf müharibəni davam etdirməyin bahasını getdikcə daha çox hiss edir. Zadorov həm Rusiyada, həm də Ukraynada cəmiyyətin əksəriyyətinin sülhə hazır olduğunu göstərən ictimai rəy sorğularına işarə edir.
Hafta.az-ın yazdığına görə, Zadorovun fikrincə, Rusiya üçün sülhün ən böyük qazancı insan resurslarındakı itkiləri dayandırmaq olacaq. "2022-2024-cü illər arasında Rusiyanın əmək bazarında ən azı 2 milyon azalma olub. Hərbi əməliyyatlar nəticəsində 1,1 milyon insan orduya qatılıb, 550 min nəfər müdafiə sənayesinə keçib, 500-600 min gənc xaricə miqrasiya edib", - deyə o, demoqrafik və iqtisadi vəziyyətin təsirlərinə diqqət çəkib. Bildirir ki, sülh əldə olunarsa, əmək bazarı yenidən balanslaşdırıla və müdafiə sənayesində işçi qüvvəsi mülki sektorlara köçürülə bilər.
Zadorov məqaləsində müharibənin dəyərinin Rusiya büdcəsinə təzyiqi artırdığını vurğulayır. O, “2022-2025-ci illər arasında büdcəyə yönəldilən xərc stimulları ÜDM-in illik orta hesabla 2,5-3 faiznə çatdı və bu prosesdə Milli Rifah Fondunda likvid aktivlər ÜDM-in 7,4 faizdən 2 faizin altına düşdü” deyə büdcədəki tarazlığın ziddiyyətlər üzündən pozulduğunu bildirir. "Müharibə bitərsə, büdcənin balanslaşdırılması inflyasiya ilə mübarizədə kritik addım olacaq və faiz dərəcələrinin aşağı salınması ilə özəl sektorun investisiyaları təşviq ediləcək", - Zadorov deyir.
Zadorov bildirir ki, Ukraynanın sülhə nail olması əsas iqtisadi və demoqrafik qazancları təmin edəcək. "Ukrayna iqtisadiyyatı 2022-ci ildə 30 faiz kiçildi, 2023-cü ildə 5,3 faiz, 2024-cü ildə isə 4 faiz bərpa olundu. Bununla belə, xaricdə hələ də 9 milyon ukraynalı var və onların 70 faizi geri qayıtmaq istəmir" deyən o, müharibədən qaçan əhalinin ölkəyə qaytarılmasının həyati əhəmiyyət daşıdığını bildirib.
Ukraynadakı müharibənin sona çatmasının Avropa İttifaqı üçün böyük maliyyə rahatlığı anlamına gəldiyini ifadə edən Zadorov, "Avropa üç il ərzində Ukraynaya 120 milyard avro dəstək verib, lakin Fransa, İtaliya və digər ölkələrdə yüksək büdcə kəsirləri bu yükü daha da daşımağı çətinləşdirir" deyən Zadorov, Avropanın Ukraynaya maliyyə dəstəyinin uzunmüddətli perspektivdə dayanıqlı olmadığını bildirib.