Kitabxanaların açılması gündəmdə deyil – Mədəniyyət Nazirliyi

12:17 23.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin mart ayından etibarən pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə verilən qərarlar çərçivəsində bir sıra mədəniyyət mərkəzləri və iaşə obyektlərinin fəaliyyətinə məhtudiyyət qoyulmuşdu. Sonralar qadağaların xeyli hissəsi aradan qaldırılsa da bəzi mədəniyyət mərkəzləri hələ də bağlıdır.

Kitabxanalar da bu qəbildən olan müəsisələrdəndir. Yeni tədris ilinin başlamasını nəzərə alsaq onda kitabxanaların ənənəvi fəaliyyətinə ciddi zərurət yaranmış olur. Bəs görəsən Mədəniyyət Nazirliyi kitabxanaların açılması üçün hansısa addımlar atıbmı? Müəyyən qaydalar çərçivəsində kitabxanalar fəaliyyətini bərpa edə bilər?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə pandemiyanın davam etdiyi bu günlərdə kitabxanaların açılması gündəmdə deyil:

“Mədəniyyət müəssisələrinin təmin edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığınız müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baxılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarına əsasən məktubunuzda qeyd etdiyiniz müəssisələr fəaliyyəti müvəqqəti dayandırılan qurumların siyahısına daxil edilmişdir. Hazırda ölkəmizdə koronavirus pandemiyasının yayılma miqyası və dinamikası mədəniyyət müəssisələrindən kütləvi açıq ictimai istifadənin ciddi formada qadağan olunmasına əsas verir”.

Oxunma sayı 108