Köçəryan Paşinyan kütləvi etirazlara başlayarkən Serj Sarkisyanı niyə dəstəkləmədiyini açıqladı...

13:55 19.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın ikinci terrorçu prezidenti, Xocalı canisi Robert Köçəryan 2018-ci ilin kütləvi etirazları zamanı, yəni hazırkı baş nazir  Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı niyə dəstəkləmədiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Jurnalistlərlə söhbətində Köçəryan bildirib ki, həmin günlərdə müxtəlif mənbələrdən vəziyyətin nəzarətdən çıxdığını eşidib və bu səbəbdən Sarkisyana zəng etmək qərarına gəlib.

Onun sözlərinə görə, söhbət zamanı Serj Sarkisyan sakit tonda bildirib ki, hər şey nəzarət altındadır və heç bir problem yoxdur. Lakin Köçəryanın sözlərinə görə, cəmi bir neçə gün sonra Sarkisyan istefa verib ki, bu, onun fikrincə, vəziyyətin yanlış hesablanmasından xəbər verir.

Köçəryan onu da qeyd edib ki, bundan əvvəl Sərkisyanla uzun müddət əlaqə saxlamayıblar, lakin o anda onunla şəxsən əlaqə saxlamağı və dəstək təklif etməyi vacib hesab edib.