Kolleclərə ərizə qəbulu davam edir 

10:25 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu yenidən aktiv edilib.

Hafta.az DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 09:40-a olan məlumata görə 40 min 403 nəfər (Azərbaycan bölməsi 39 min 254, rus bölməsi 1149) ərizəsini təsdiq edib. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər elektron ərizə qəbulunda iştirak edə bilərlər:

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) vermiş və müsabiqə şərtlərini ödəmiş, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.

Ərizə qəbulu mayın 31-i saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.

Aprelin 5-dən 25-dək ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.

Xatırladaq ki, ərizə qəbulu mayın 24-dən yenidən aktiv edilib.

Oxunma sayı 113