Konqoda “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

08:36 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölüm hallarının sayı 101-ə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda virusa yoluxanların sayı 550-yə yüksəlib.

Konqo Demokratik Respublikasına “Ebola” virusuna qarşı mübarizədə dəstək göstərmək məqsədilə digər ölkələrdən mütəxəssislər gəlməyə başlayıblar.