Koronavirus xəstəsinə cinayət işi açıldı

11:48 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, COVİD-19 virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk edən Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Oxunma sayı 95