Korrupsiyanın Rusiyaya illik dəyəri açıqlandı

10:19 10.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İstintaq Komitəsinin (SK) sədri Aleksandr Bastrikin 2024-cü ildə ölkədə aşkar edilmiş korrupsiya zərərinin 14,2 milyard rubl (təxminən 156 milyon dollar) olduğunu açıqlayıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə cüzi azalma göstərir.

Hafta.az-ın yazdığına görə, Bastrikin korrupsiya işlərinin istintaqı çərçivəsində şübhəlilərdən 18,5 milyard rubl (təxminən 203 milyon dollar) dəyərində aktivlərin müsadirə edildiyini bildirib. Rusiya rəsmisi “Araşdırmalar nəticəsində 4,9 milyard rubl (təxminən 54 milyon dollar) məbləğində ziyan ödənilib” deyib.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən 9 dekabr Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü çərçivəsində bütün dünya hökumətləri korrupsiya ilə mübarizə üçün gördüyü tədbirləri açıq elan edir. Bu kontekstdə Rusiyada korrupsiyaya qarşı mübarizədə görülən tədbirlər və ələ keçirilən aktivlər barədə ictimaiyyətə məlumat verilir.