Kreml Qarabağ və Ermənistan siyasətini dəyişir – MEYDANDA ERMƏNİ MİLYARDERLƏRDİR

18:48 18.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya 44 günlük müharibədən sonra Ermənistanda Paşinyana qarşı Robert Koçaryan kartını irəli sürsə də, Moskvanın planları baş tutmadı. Son seçkilərdə ermənilər ağır məğlubiyyətə baxmayaraq Paşinyana yenidən səs verərək onu iqtidarda saxladılar.

Bu amili əsas tutan bəzi ekspertlər Kremlin Qarabağla bağlı siyasətində müəyyən dəyişikliklərə getmək məcburiyyətində qaldığını söyləyir. Belə ki, indi Ermənistanda bir çoxları artıq Qarabağ məsələsinin İrəvanı maraqlandırmadığı, bu problemin Azərbaycanla Ruiya arasında danışıqlar predmeti olduğu qənaətindədir. Lakin bu cür ictimai rəyin Kremli razı salmıdığı söylənilir. Belə ki, Azərbaycan və onun əsas müttəfiqi Türkiyə ilə Qarabağın gələcəyi ilə bağlı qarşıdurmaya getmək istəməyən Moskva Ermənistanın tam olaraq oyundankənar vəziyyətdə qalmasını istəmir. Gələcəkdə planlarını həyata keçirərkən ortaya çıxa biləcək ciddi diplomatik toqquşmalarda hədəf taxtasına yenidən Ermənistanı oturtmaq üçün «məsuliyyəti» onunla bölüşməyin yollarını arayır.

Moskva deyəsən istədiyini nəhayətki tapıb. Qarabağ ermənilərinin ağır sosial-iqtisadi durumu, həmçinin Ermənistanın üzləşdiyi çətin iqtisadi vəziyyəti göz önündə tutan Kreml bu məsələdə Rusiyada fəaliyyət göstərən və birbaşa onlardan göstəriş alan erməni milyarderlər və iş adamlarını sahəyə sürməyə başlayıb.

Bu addımı ilə iqtisadi yükünü azaltmağa, həmçinin sosial problemlər içində boğulan Ermənistan vətəndaşlarının Paşinyan hakimiyyətinə olan etimadını zəiflətməyə səy göstərir.     

Artıq Moskvanın Qarabağ və Ermənistanla bağlı gələcək siyasi gedişlərinin ilkin addımları atılır.

Hafta.az xəbər verir ki, Rusiyada yaşayan əslən erməni olan rusiyalı iş adamı, və «xeyriyyəçi» Ruben Vardanyan Ermənistanda siyasətlə məşğul olmaq qərarına gəlib. Lakin o, nə baş nazir, nə də prezident vəzifəsini tutmaq istəmədiyini açıqlayıb.

Bu barədə Ermənistan İctimai Telekanalına müsahibəsində Vardanyanın özü bildirib. Vardanyan özünü siyasətlə əlaqələndirmək qərarına müharibə nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazilərinin əhəmiyyətli hissəsini itirdikdən sonra gəldiyini söyləyib. Vardanyan hesab edir ki, «onun nüfuzlu fikri» siyasi qərarların qəbul edilməsində rol oynaya bilər. Bu kontekstdə sahibkar özünə yaxın fikirlər təqdim edəcək siyasi qüvvəyə yardımlar edəçcəyini də istisna etməyib.

"Mən heç bir partiyanın üzvü deyiləm, partiyam yoxdur, amma əminəm ki, fərdlər ətrafında deyil, fikirlər ətrafında formalaşan qüvvələrə kömək edəcəyəm" – o deyib. Eyni zamanda, ona təzyiq göstərilə biləcəyini və bəzi çətinliklərin ortaya çıxacağını da istisna etmir, lakin Vardanyan qərardan geri çəkilmək fikrində deyil. O, özünü bu və ya digər geosiyasi mərkəzlə əlaqələndirməməyə və onu bu və ya digər ölkənin müdafiəçisi hesab etməməyə çağırıb. "Ermənistanın və Qarabağın gələcəyi mənim üçün sərvətimdən, ailəmin təhlükəsizliyindən və bütün şəxsi məsələlərdən daha önəmlidir. Qırmızı xətləri keçdim, yəni Ermənistan və Rusiyada hər şeyi itirməyə hazıram"- deyə sahibkar bildirib. İndi media Vardanyanın keçmiş sosial təminat və əmək nazirləri - Mane Tandilyan və Mesrop Arakelyanın partiyasına mümkün dəstəyindən yazır.

Göründüyü kimi, Moskvanın İrəvanda nüfuzunu bərpa etmək və münaqişədən sonrakı danışıqlar prosesində  İrəvanın mövqelərini gücləndirərək Kremllə eyni dildə danışmasını təmin etmək üçün planın icrasına start verilib.  

Oxunma sayı 1994
Siyasət rubrikasından digər xəbərlər