Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Salman Humanitar Yardım Mərkəzi - KSrelief yardım agentliyi dünyanın ən həssas icmalarına yardım göstərməyə davam edir.
Hafta.az-ın yazdığına görə, təşkilat bu dəfə Suriyanın İdlib valiliyinin Sarmada şəhərində 2290 qida səbəti və gigiyena dəsti paylayıb. Bu isə toplam 6870 nəfərə fayda verib. Bu səy suriyalı ailələrin əzablarını yüngülləşdirmək üçün layihənin ikinci mərhələsinin bir hissəsidir.
Ksrelief həmçinin, Somalinin Baydoa bölgəsində yaşayan ən ehtiyaclı ailələrə 1,200 ərzaq səbəti paylamaqla toplam 7200 nəfərə kömək edib.
Ksrelief-in Sudan ofisi də, Mavi Nil əyalətində yaşayan ən ehtiyaclı ailələrə 825 ərzaq səbəti paylayıb. Təxminən 4 minədək insana təsiri olan bu yardım Səudiyyə Ərəbistanının davam edən böhran şəraitində Sudan əhalisini dəstəkləmək üçün daha geniş humanitar səylərinin bir hissəsini təşkil edir.
Qeyd edək ki, 2015-ci ilin may ayında fəaliyyətə başlayan KSrelief 318-dən çox təşkilatla əməkdaşlıq edərək 107 ölkədə 7,9 milyard dollardan çox 3438 layihə həyata keçirib.