KTMT-nın Ermənistana zaman, vaxt ayırmaq fikri yoxdur - Elxan Şıxəliyev

18:14 24.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hələ münaqişənin başlanmasına qədər Ermənistan tərəfi təxribatları məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxayın olaraq törədirdi.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, müharibənin gedişatından sonrakı mərhələdə Rusiya prezidenti Vladimr Putin demişdi ki, Qarabağ da daxil bu ərazilər Azərbaycana məxsusdur. Ona görə bu KTMT-nin müdaxilə edəcəyi məsələ deyil. 

“Ermənistan siyasi hakimiyyəti və əhali bu yanaşma üzərində dayanaraq sanki “müharibədə KTMT bizi dəstəkləmədi” etirazlarını ifadə etdilər və Avropaya yönəldilər. Eləcə də Fransa, Avropa İttifaqı və digər ölkələr Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üçün bir yola girdilər. Amma hesablamalı idilər ki, Ermənistan iqtisadiyatının 60 faizi Rusiyaya bağlıdır. Yəni istəsələr də belə, Ermənistanı Rusiyanın forpostundan qoparmaq mümkün deyil”.

Ekspert KTMT-yə daxil olan ölkələrin, xüsusən də Belarus, Qazaxıstan prezidentlərinin sülh sazişi yönündə Ermənistanın atacağı addımlarla bağlı məsləhətləşmələr elədikərini önə çəkib.

KTMT üzv dövlətləri belə qərara gəldilər ki, Ermənistan Azərbaycanla sülhə gedəcəksə, KTMT-ni Azərbaycana qarşı qoymaqdansa təklif olunan variantları seçərək irəliləməlidir.

“Heç bir bəyanat və deklorasiya qəbul olunmadı.  KTMT-nin Ermənistana yardım etməsi üzərinə bir bəyanat imzalanmalı idi. O da Ermənistan tərəfindən qəbul olunmadı.

KTMT -yə daxil olan ölkələrin rəhbərlərinin Azərbaycana və rəhbərinə münasibəti daha istidir, nəinki Ermənistana.  Çünki Ermənistan hiyləgərliyi, ikili oynaması, burda küsüb Fransaya yönəlmə, gələcəkdə lazım olsa təzədən Rusiyaya tərəf getmə siyasəti yürüdür. Xisləti bu olduğuna görə Ermənistan xalqı, hakimiyyəti ciddi qəbul olunmur.

Ermənistan maksimum KTMT-dən faydalanma, onları şantaj etmə siyasəti yürüdür. Mesaj verirlər ki, ya sahiblənin, ya sizdən qopa bilərik. Rusiya Ermənistanı ciddi qəbul etmədiyi üçün, indi də məcbur edəcək ki, Azərbaycana münasibətlərinə korrektə etsin. KTMT dövlətlərinin kifayət qədər problemləri var və Ermənistana zaman vaxt ayırmaq fikri yoxdur”.

E.Şıxəliyev bildirib ki, Ermənistanın bu toplantıda ümidləri puça çıxdı və yenidən Azərbaycanla masaya oturmaq üçün şərt və variantlar axtaracaqlar.

“Rusiya Ermənistan erkən sülh sazişinə getməyə təşviq edəcək.   Ermənistan artıq Azərbaycanla yol xəritəsini verməyə məcbur olacaq”.

Oxunma sayı 1718
Gündəm rubrikasından digər xəbərlər