Laçın dəhlizində sərhəd-keçid məntəqəsi yaradılmalıdır – Sərdar Cəlaloğlu

18:14 05.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Vaxt itirmədən Laçın dəhlizində sərhəd-keçid məntəqəsi yaradılmalıdır”.

Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu ölkə və regionda baş verən ictimai-siyasi vəziyyətə dair açıqlamasında bildirib.

Partiya sədri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yerləşən qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən ərazilərimizin atəşə tutulması faktını önə çəkərək, hakimiyyəti bu separatçı qüvvələrə qarşı ciddi tədbirlər almağa, ordu hissələrimizi bu tipli təxribatçı halların qarşısını almaq üçün hərəkətə keçməyə, sülh missiyasını yerinə yetirmək əvəzinə erməni silahlı birləşmələrini bu və ya digər formada dəstəkləyib, onların mənfur niyyətlərinin rellaşdırılması üçün zəmin yaratmaqda davam edən sülhməramlıların davranışlarına siyasi qiymət verməyə çağırıb.

O, son vaxtlar ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının üçüncü ölkənin iştirakı olmadan aparılmasının və ikitərəfli razılığın əldə edilməsinin vacibliyini gündəmə gətirməsini təqdir edib.

Eyni zamanda ABŞ-ın ATƏT-də olan səfirinin Ermənistanın təşəbbüsü əsasında Ermənistan-Azərbaycan sərhədlərinə ATƏT-in müşahidəçi missiyasının göndərilə biləcəyi ilə bağlı açıqlamasını qətiyyətlə pisləyib.

S.Cəlaloğlu ötən həftə Qarabağda məskunlaşmış Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə 14 nəfər xarici ölkə vətəndaşını buraxması faktına da toxunub.

Həmin şəxslərin İran vətəndaşları olması, Xankəndində olan separatçı qrup üzvlərinə hərbi təlimlər keçməsi faktına diqqət çəkən sədr, qonşu İran dövlətini həmin şəxslərin Azərbaycan ərazisinə hansı məqsədlə keçmələri barədə izahat verməyə çağırıb. İdarə Heyəti eyni zamanda Rusiya sülhməramlılarının mandatına zidd olan bu tipli hərəkətlərinin qarşısını almaq üçün Azərbaycan hökumətinin vaxt itirmədən Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaratmasının vacibliyini bildirib.

Oxunma sayı 1450
Siyasət rubrikasından digər xəbərlər