Laçın yolunun bağlı olması ilə əlaqədar Ermənistanın iddiaları yalandır - Azərbaycan Prezidenti

19:21 25.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə də toxunub.

Hafta.az xəbər verir ki, Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Oxunma sayı 122
Siyasət rubrikasından digər xəbərlər