Litva gürcü diplomatlara qarşı sanksiya tətbiq edib

17:19 22.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Litva hökuməti Gürcüstanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.

Bu barədə Delfi agentliyi Litva hökumətinə istinadla məlumat yayıb.

Litva hökuməti həmçinin, Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, 5 iş günü ərzində bu qərarla bağlı Avropa İttifaqı və Avropa Komissiyası ölkələrini məlumatlandırsın.

Qeyd edək ki, mayın 8-də Estoniya hökuməti Gürcüstan diplomatlarına qarşı sanksiya tətbiq edib və diplomatik və xidməti pasport sahiblərinin ölkəyə vizasız girişinə qadağa qoyub.